“Növbəti hədəfim daha böyük arenalarda qızıl medallar qazanmaqdır”
Bakı, 7 oktyabr, Tsport.az
III MDB Oyunlarında qılıncoynatma yarışında ölkəmizi təmsil edən Emin Səfərbəyov çıxışını dəyərləndirib.
Tsport.az xəbər verir ki, finalda rusiyalı rəqibinə 35:45 hesabı ilə məğlub olan idmançımız yarışla bağlı təəssüratlarını bölüşüb:
– Final görüşü bir qədər çətin oldu. Çalışdıq, amma qızıl medal qazanmaq mümkün olmadı.
– Gələcək planlarınız necədir?
– Ümid edirəm ki, növbəti yarışlar bundan daha yaxşı olacaq. İrəli getməyə hazırıq. Növbəti hədəfim inkişaf edib daha böyük arenalarda çıxış etmək və qızıl medallar qazanmaqdır”.
Bahar Rüstəm