-->
Dünya Futbolu

Okan Buruk derbidə yenidən səhnədə

Bakı, 31 mart, Tsport.az

Ziraat Türkiye Kubokunun dörddəbir finalında “Galatasaray”, çərşənbə günü səfərdə Fenerbahçe (Fənərbaxça) ilə qarşılaşacaq.

Tsport.az xəbər verir ki, “Galatasaray”ın baş məşqçisi Okan Buruk, bu matçla birlikdə sarı-qırmızılıların başında “Fenerbahçe”yə qarşı 8-ci oyununa çıxacaq.

Buruk indiyədək “Galatasaray”la ”Fenerbahçe” yə qarşı 7 dəfə meydanda olub. Bu oyunların 4-də qalib gəlib, 2-də heç-heçə edib, 1-də isə məğlub olub.