Dünya Futbolu

Okan Buruk “Galatasaray”da uğurla irəliləyir

Bakı, 3 aprel, Tsport.az

Okan Buruk, Fenerbahçe (Fənərbaxça)-ya qarşı 2-1 qazandığı matçla “Fenerbahçe” və “Beşiktaş”-a qarşı ümumilikdə 15-ci derbi oyununa çıxıb.

Tsport.az xəbər verir ki, son 2 mövsümdə Süper Liqanın çempionu olan “Galatasaray”, Buruk rəhbərliyində derbilərdə uğurlu performans sərgiləyib.

Okan Buruk, “Fenerbahçe” və “Beşiktaş” ilə oynadığı 15 derbide 9 qələbə, 2 bərabərlik və 4 məğlubiyyət əldə edib.