Dünya Futbolu

Okan Burukdan Jose Mourinho haqqında qalmaqallı sözlər!

Bakı,29 sentyabr ,  Tsport.az

Galatasaray”ın baş məşqçisi Okan Buruk, “Liverpool” oyunundan öncə  ingilis jurnalistlərinin sualı üzərinə Jose Mourinho haqqında danışıb.

 Tsport.az xəbər verir ki, “Galatasaray”, UEFA Çempionlar Liqasında İngiltərə təmsilçisi “Liverpool” ilə qarşılaşacaq. Böyük oyun öncəsi sarı-qırmızılıların baş məşqçisi Okan Buruk The Athleticə açıqlamalar verib. İngilis jurnalistin Jose Mourinho sualını cavablandıran Buruk bunları söyləyib:

“Keçən il Türkiyədə Mourinhoya qarşı mənim üçün böyük bir mübarizə idi. Adətən “Galatasaray”, “Fenerbahçe”yə qarşı oynayar və ya “Galatasaray”, “Manchester City”yə qarşı oynayar. Amma bir baş məşqçi olaraq xüsusi bir şey yaratsam, Pepə qarşı bir şeylər bacardığımı deyə bilərəm.

Bir oyunçu kimi idim, yerə yıxıldım. Bir az da şişirtdim. (Burun sıxma hadisəsindən danışır). Ondan belə bir şey gözləmirdim. Hakimlərlə əl sıxırdım, digər tərəfə keçib qələbəmizi qeyd edirdim, o da yanıma gəldi. Normalda matçdan sonra əl sıxmaq üçün görüşərdik.”

“Mən Mourinhodan daha yaxşı idim”

“Mourinho ilə qarşılaşmaq çox çətin idi. “Fenerbahçe”yə imza atanda çox danışmağa başladı. Onun üslubunu bilirik. Təkcə meydanda oynamır. Meydandan kənarda da oynamaq istəyir. Çox şey sınadı amma sonunda biz ondan daha yaxşı idik. Mən ondan daha yaxşı idim. Ona qarşı çempionluq qazandıq. Onları öz meydanlarında iki dəfə yendik. Bu il təəssüf ki, burada olmayacaq. Onunla iki oyun daha keçirməyi gözləyirdik.”

“Mourinho özünü inkişaf etdirməyib”

“Əvvəlki kimi fokuslana bilmir. Futbola əvvəlki kimi baxmır. Baş məşqçi olaraq üslubunu heç dəyişməyib. Həqiqətən önəmli bir xarakterdir, həqiqətən önəmli bir karizması var amma futbol baxımından hər il özümüzü inkişaf etdirməyimiz lazımdır. Bəlkə də onun problemi, baş məşqçi olaraq özünü inkişaf etdirməmiş olmasıdır.”