Olimpiya Komitəsi onu bu qərarına görə tənqit etdi
Bakı, 14 oktyabr, Tsport.az
İrlandiya üzgüçüsü Şeyn Rayan dopinq testlərinin aparılmayacağı Enhanced Games yarışlarında iştirak edəcəyini açıqlayıb.
Tsport.az xəbər veirr ki, 31 yaşlı idmançı Rio 2016, Tokio 2020 və Paris 2024 Olimpiadalarında iştirak etmişdi. Rayanın bu qərarı İrlandiya İdman Federasiyası və Swim Ireland tərəfindən sərt şəkildə tənqid olunub.
Rayan bildirib:
“On il ənənəvi yarışlarda iştirak etdim. İndi isə fərqli bir mərhələyə keçmək istəyirəm.”
Enhanced Games yarışları 2026-cı ildə Las-Veqasda keçiriləcək. Qaliblərə 500 min dollar, dünya rekordu qıranlara isə 1 milyon dollar mükafat veriləcək.
İrlandiya Olimpiya Komitəsi isə bəyan edib ki, bu qərar “təmiz idman prinsiplərinə ziddir” və Rayan bundan sonra heç bir dəstək almayacaq.