Oliver Glasner sentyabrın ən yaxşı baş məşqçisi seçildi
Bakı, 10 oktyabr, Tsport.az
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.
Tsport.az xəbər verir ki, “Crystal Palace”nin çalışdırıcısı Oliver Glasner bu mükafata layiq görülüb.
Avstriyalı mütəxəssis həm də Premyer Liqada bu mükafata layiq görülən ilk avstriyalı baş məşqçi olub. Ötən dəfə bu mükafata 2020-ci ilin iyulunda Ralf Hasenhuttl layiq görülmüşdü.
Qeyd edək ki, “Crystal Palace” sentyabr ayında keçirilən oyunlarda uduşsuz nəticə göstərib.