Dünya Futbolu

Olivia Smith qadın futbolunda rekord transferə imza atdı

Bakı, 17 iyul, Tsport.az

Qadın futbolunda yeni transfer rekordu qeydə alınıb. İngiltərənin “Arsenal” klubu “Liverpul“dan Olivia Smithi 1 milyon funt sterlin (təxminən 54 milyon manat) qarşılığında transfer edib.

Tsport.az xəbər verir ki, 20 yaşlı kanadalı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Bu transfer qadın futbol tarixində ən bahalı keçid kimi yadda qalıb.

Olivia Smith 2023-cü ildə peşəkar karyerasına başlayıb. O, ötən il Portuqaliyanın “Sporting” klubundan “Liverpul”a 200 min funt sterlinə keçmişdi.

Əvvəlki rekord bu ilin yanvar ayında qeydə alınmışdı. “Çelsi” ABŞ-ın “San Diego Wave” klubundan müdafiəçi Naomi Girmanı 900 min funt sterlinə transfer etmişdi.