Onuachu yenidən “Trabzonspor”da
Bakı, 28 iyun , Tsport.az
“Trabzonspor” 2023/24 mövsümündə uğurlu çıxışı ilə yadda qalan nigeriyalı hücumçu Paul Onuachu ilə yollarını rəsmi olaraq yenidən birləşdirib. Klub onun İngiltərənin “Southampton” komandasında çıxış etdiyi son mövsümün ardından bu dəfə bonservisini alaraq heyətinə qatıldığını elan edib.
Tsport.az xəbər verir ki, 29 yaşlı forvard ötən mövsümdə “Trabzonspor”un formasında ümumilikdə 25 oyunda meydana çıxıb və 17 qol vuraraq komandanın bombardirinə çevrilmişdi. O, Super Liqada 21 matçda 15 qolla 0,71 orta göstərici ilə Alexander Sörlothun rekordunu da geridə qoyub.