Oqtay Hüseynov III MDB Oyunlarında Azərbaycana üzgüçülük üzrə ilk qızıl medalı qazandırdı.
Bakı, 30 sentyabr, Tsport.az
Bu qələbə Azərbaycan üçün tarixi nailiyyətdir. Oqtay Hüseynov Azərbaycan tarixində MDB Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanan ilk idmançıdır.
Tsport.az xəbər verir ki, qələbədən sonra Oqtay Hüseynov təəsüratlarını bölüşdü: “Bu, inanılmaz bir hissdir! Mənim arzum budur ki, Azərbaycan bayrağını qaldırım və hər yarışda himnimiz səslənsin. Komanda yoldaşlarıma uğurlar arzulayıram.
Mənə dəstək olan hər kəsə, həmçinin məşqçilərimə xüsusi təşəkkürümü bildirirəm.”- idmançı deyib.