Orkun Kökçüdən Kerem Aktürkoğlu açıqlaması
Bakı, 18 avqust, Tsport.az
Trendyol Super Liqasının 2-ci turunda Beşiktaş ilə Eyüpspor qarşı-qarşıya gəldi. Tüpraş Stadionunda keçirilən oyunu Beşiktaş 2-1 qazandı.
Tsport.az xəbər verir ki, Oyundan sonra “Beşiktaş”ın ulduz oyunçularından Orkun Kökçü həm komandanın çıxışını, həm də öz fiziki durumunu dəyərləndirdi.
Kökçü dedi:
“Yaxşı başladığımızı düşünürəm. Qolu tapdıq, amma onlar asan şəkildə bərabərliyi əldə etdilər. Sonra vəziyyət yaratmaqda çətinləşdik, amma sonda Rafa’nın öz xüsusiyyəti ilə… Gözəl qol vurdu. Çox xoşbəxtik. Daha yaxşı çalışmalı, daha güclü olmalıyıq. Bu oyunun daha rahat keçməsini istəyirdik. İndi önümüzə baxmaq vaxtıdır. İnşallah daha yaxşı olacağıq.”
Fiziki durumu barədə də danışan Kökçü, hələ tam gücə çatmadığını, amma buna çox yaxın olduğunu vurğuladı:
“Qələbə üçün xoşbəxtəm. Daha yaxşı ola biləcəyimi düşünürəm və bilirəm. Tətil etmədim və ilk oyunda yorğunluğum var idi. O vaxt yüngül zədəm də vardı. Artıq zədəni daha az hiss edirəm. Yüz faizə çox yaxınam, gözləntilərin yüksək olduğunu bilirəm. Ən yaxşı şəkildə hazırlaşmalıyam. Gözlənti yüksəkdir və daha yaxşı performans göstərəcəyimə əminəm. Özüm üçün səbirli olmalıyam. Yüz faiz olduğumda özümü göstərəcəyəm.”
KEREM AKTÜRKOĞLU AÇIQLAMASI
Ona Kerem Aktürkoğlunun durumu barədə məlumatı olub-olmadığı soruşulduqda Kökçü belə cavab verdi:
“Kerem bir il ərzində çox yaxşı dostum oldu. Transfer olacağım dövrdə demək olar ki, hər gün danışırdıq. Sonradan da danışdıq, amma indi necə düşünür, hara getmək istəyir, qalmaq istəyir mi – bunları soruşmadım. Çünki bu, şəxsi, öz qərarıdır. Əgər gələrsə, biz xoşbəxt olarıq. Görək, xeyirlisi nədirsə o olsun. Necə qərar verirsə, o qərarın arxasında dayanır, o elə bir xarakterdir. Onun üçün də xeyirlisi olsun.”
Zəhra Mansırova