Orxan Əliyev “Turan Tovuz”dan ayrıldı
Bakı, 11 iyul, Tsport.az
“Turan Tovuz” klubu hücumçu Orxan Əliyevlə yollarını ayırdığını açıqlayıb. Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tsport.az xəbər verir ki, 29 yaşlı futbolçu yanvar ayından bölgə klubunun formasını geyinirdi. Klub ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə də vidalaşıb.