Formula 1

Oscar Piastri Niderland Qran-prisinin sıralanma turunda qalib gəlib

Bakı, 30 avqust, Tsport.az

“McLaren” komandasının gənc pilotu Oscar Piastri “Formula-1” üzrə 2025 mövsümünün 15-ci mərhələsi – Niderland Qran-prisinin təsnifat mərhələsində birinci olub.

Tsport.az xəbər verir ki, Zandvort trasında baş tutan sıralanma turunda avstraliyalı sürücünü komanda yoldaşı Lando Norris və “Red Bull”un yerli favoriti Maks Ferstappen izləyib.

Qran-prinin əsas yarışı avqustun 31-də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.