Osimhenin hat-trick’i VIP oturacaqlarının satışını artırıb
Bakı, 18 mart, Tsport.az
“Antalyaspor“la oynanan oyunda hat-trick edən Nigeriyalı hücumçu, “Galatasaray“a rekord gəlirin yolunu açıb.
Tsport.az xəbər verir ki, “Antalyaspor”a 3 qol vuran dünyaca məşhur futbolçu Victor Osimhenin bu çıxışı VIP oturacaq satışlarının artmasına səbəb olub.
Sarı-qırmızıların yalnız VIP oturacaq satışlarından 700 milyon manat gəlir əldə etməyi hədəflədiyi qeyd olunub. Yeni mövsüm bilet satışları ilə bu gəlirin rekord səviyyəyə çatacağı vurğulanıb.
Qeyd edək ki, “Antalyaspor”-“Galatsaray” qarşılaşması sarı-qırmızıların 4-0 hesablı qalibiyyəti ilə başa çatıb.