Azərbaycan FutboluMüsahibə

“Oynamaqdan qürur duyuram” – Ceyhun Nuriyev 

Bakı, 24 may , Tsport.az 

Bu sözləri millimizin üzvü Ceyhun Nuriyev deyib. Azərbaycan millisinin Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq görüşlərinin heyəti açıqlanıb. 

 Heyətə çağırılan “Zirə”nin üzvü Ceyhun Nuriyev filirlərini bizimlə bölüşüb: 

“Milli komandada oynamaq mənim üçün ən qürurverici anlardan biridir. Çağırıldığım üçün çox sevincliyəm. Hər bir əsl azərbaycanlı kimi burada olmaqdan və oynamaqdan qürur duyuram. Qarşıda bizi 2 ağır sınaq gözləyir. Yoldaşlıq oyunu olmağı bizə fərq etmir. Var gücümüzü qoyacıyıq meydanda. İnşəallah bizə yaraşan nəticəni əldə edərik”. 

Bahar Rüstəm