“Oyun tam istədiyimiz kimi alınmırdı” – Qurban Qurbanov
Bakı, 17 oktyabr, Tsport.az
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Turan Tovuz”la ev oyunu haqda danışıb.
Tsport.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Komandada bir az balans yox idi. Oyun tam istədiyimiz kimi alınmırdı. İlk hissədə buna imkan verilmirdi. Vaxt da uzanırdı. Daha yaxşı oynamaq istəyirdik. İkinci hissə daha fərqli oyun alındı. Rəqib də daha enerjili idi və çox mübarizə apardılar. Azarkeşlərimizə də təşəkkür edirəm.
“Atletik”lə oyunda həmişə nə etmişiksə, onu edəcəyik. Daha yaxşıya doğru gedirik. Bəlkə, siz bunu hiss etmirsiz. Hər bir komandanın öz oyunu var. Statistikaya görə, “Atletik” taktiki baxımdan ən yaxşı oynayan komandalardan biridir. Buna uyğun oynamalıyıq”.