Azərbaycan Futbolu

“Oyunçular çox istəklidirlər, çalışırlar özlərini yaxşı cəhətdən göstərsinlər, bu da mənə ümid verir”- Fernando Santos

Bakı, 29 avqust ,  Tsport.az

Bu gün Dünya Çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Ukrayna və Azerbaycan – İslandiya oyunları üçün Futbol milli komandamızın heyəti açıqlandı.

Tsport.az xəbər verir ki, millimizin baş məşqçisi Fernando Santos heyəti açıqladıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

İlk öncə “Qarabağ”ı təbrik etmək istəyirəm. Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Düşünürəm ki, bu “Qarabağ” üçün çox vacib bir nəticədir və başda Qurban Qurbanov olmaqla “Qarabağ”ın bütün oyunçularını təbrik etmək istəyirəm. Əlbəttə ki, bu uğur Azərbaycan futbolunda böyük bir nailiyyətdir. Çünki avropada bir müddət ərzində hamı “Qarabağ” haqqında Azərbaycan haqqında danışacaq. Sizin suala gəldikdə isə, yəni o elə bir məsələdirki mənə aidiyyatı olmayan bir məsələdir. Mən sadəcə olaraq baş məşqçiyəm, öz işimə köklənirəm indi qalan məsələlər haqqında Azərbaycanda olan rəhbərliklər qərar verir və onlar cavabdehdir. 

Əlbəttə ki, rəqabətə başlayarkən oyunçu bizi narahat edə bilər baş məşqçi olaraq əlbəttə ki, istəyərəm bütün oyunçuların davamlı oyun nəticəsi olsun. Amma bu hal hazırda realdır və bu ssenari ilə davam edib işləməliyik. Yəni əlimizdə olan bu material ilə çalışacağıq oyuna yaxşı hazırlaşaq bu oyunlarda yaxşı nəticələr əldə edək. Əlbəttə ki, yenə deyirəm istəyərəm ki, oyunçular davamlı oynasınlar və praktikadan əl çəkməsinlər. Biz oyunları izləyirik. Bədaviyə gəldikdə isə çox istəyirəm onu, böyük hörmətim var, əlbəttə istəyərəm o da burda olsun amma yenə deyirəm oynamadığı üçün o kampa dəvət almır. O demək deyil ki, mən onun üzərindən xətt çəkirəm, sadəcə oyunlarda onu görə biləcəyik, qarşıdakı milli komandanın toplanışlarında. Yenə deyirəm biz məşqçilər də oyunları izləyirik artıq təhlillər edirik. Bizim üçün də asan olmur qərar verməyə, təhlillər eləməyə amma yəni bəzi məsələlərdə dərinə varsaq və əlimizdə olan bizə milli komandaya, bizə hansısa yolda  kömək ola bilənləri də dəvət etmişik.

Futboldur. Futbolda hər bir nəticə ola bilər. Amma yəni son yoldaşlıq görüşləri ondan qabaqkı milli komandanın toplanışlarından deyə bilərəm ki, oyunçular çox iatəklidirlər, çalışırlar özlərini  yaxşı cəhətdən göstərsinlər, yaxşı məşqlər edirlər o da mənə ümid verir ki, istədiyimiz nəticəni  əldə edə bilək. Yəni son məşqlərdə onlar çox istəkli idilər ümid edirəm ki, eyni qaydada, eyni istəkdə də davam edəcəklər. İstər mən istər oyunçular istərsə də bütün Azərbaycan xalqı hamımız yəni qələbə gözləyirik. İnşallah da ki, elə olacaq. 

Mehdi Cənnətov milli komandaya dəvət ala bilməzdi, çünki pasportla bağlı nəsə problemləri var idi. Eyni problem Vüsalda da var ona görə də  onlar dəvət almayıblar. 

Yenə deyirəm bu legioner limiti ilə bağlı məsələ mənə aid olan bir məsələ deyil. Bu bir təhlildir hansı ki, Azərbaycan Futbol Federasiyasının rəhbərliyi ilə. Yəni bir ölkəni o biri ölkə ilə müqayisə edə bilmərik. Məsələn Portuqaliyada da legioner limiti deyə bir limit yoxdur. kimi indi də məndə məsələn çox sayda oyunçularımız var ki, ölkə xaricindədir. Ölkələri müqayisə edə bilmərik hər bir ölkə düşünməlidir və qərar verməlidir ki, hansı addım ona xeyirli olacaq. 

Sözsüz ki, heç də asan olmayacaq açıq aşkar aydındır nəyə görə. “Qarabağ” layiqli bir şəkildə ora gəlib çıxıb və düşünürəm ki, ümid edirəm ki, əllərindən gələnin ən yaxşısını edəcəklər ki, orda ölkəni layiqli təmsil eləsinlər. Yenə deyirəm “Qarabağ”a uğurlar arzu eləmək istəyirəm. Ümid edirəm ki, çox yaxşı çıxış edərlər, uğurlu çıxış edərlər bu mən və demək olar ki, hamı bütün ölkə bunu gözləyir “Qarabağ”dan.

Bizi qarşıda isə  asan oyun gözləmir. İslandiyada uzun müddətdir oyunda idmançılar çıxış edirdilər milli komandada. Demək olar ki, bütün oyunçular ölkə xaricində çıxış edirdilər. Çox təcrübəli və keyfiyyətli oyunçulardır elə bir komandadır ki, arxada hücumu çox yaxşı bacarırlar. Çox yaxşı hücumları var. Topsuz olanda çox az çıxış edirlər meydanda. Çalışırlar girən kimi meydanda topu özlərinə alsınlar. Mən və köməkçilərim bir yerdə İslandiyanın bir çox oyunlarına baxmışıq. Onları təhlik eləmişik, bilirik nə cür çıxış  edirlər. Əlbəttə ki, təhlil edəndə bilirik ki, onlar güclüdür amma zəif nöqtələrini də bilirik. Komandamızı bu oyuna yaxşı hazırlayacağıq. Rəqibimiz deyərdik ki, 4-2-3-1 sistemi ilə çıxış edirlər. Hücumda olanlar necə çıxış edirlər artıq təhlik elemişik, bilirik. Yəni intensiv bir komandadır. Çox yaxşı bir oyun olacaq və biz də bunun üçün hazırlaşacağıq. 

Ukranya ilə bağlı onu deyə bilərəm ki, o da çox güclü bir rəqibdir. Çox güclü bir milli komandadır. İslandiya ilə  Ukranyanı müqayisə etsək, yəni İslandiya daha çox  4-2-3-1  sistemində və yaxud da 4-4-2 sistemi ilə çxış edirlər. Ukranyanın özündə isə bir dənə yarımmüdafiəçi  iki də hücüm və müdafiəçi çıxış edir. Yenə də bizim vəzifəmizə düşən hər iki komandanı düzgün təhlil etməkdir. Bu iki oyundan biri səfərdə keçiriləcək. Uzun bir səfərdir ona görə də qərar  vermişik ki, daha erkəndən səyahet edek və ora uyğunlaşaq, yerləşək. Bu da oyunçulara təsir göstərə bilər əslində. Aramızda 4 saat fərq var ümumi yəni qeydlər var ki, uzun səfərdən öncə vaxt lazımdır ki, oyunçu özünə gəlsin dincəlsin. Yenə də qərar vermişik ki, daha tez uyğunlaşmaq üçün orda rahat dincənsinlər, oyuna rahat başlasınlar deyə daha tez gedəcəyik.

Ondan sonra da artıq  evdə oyun olacaq bu oyun zamanı isə azarkeşlərin dəstəyinə çox ehtiyacımız  var. Ümid edirik ki,gələn  dəfə bizi daha çox dəstəkləyəcəklər. Çünki bu əslində çox vacib bir amildir. Rəqibin güclü rəqib olmasından asılı olmayaraq hər oyun komanda yalnız qələbə qazanmaq üçün meydana çıxır, yalnız  bunun üçün hazırlaşır.

Təşəkkür edirik!

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.

Aytac Mustafayeva