Azərbaycan FutboluMüsahibə

Paavol Safranko: “Onlar mərhələni keçməyə layiq idilər”

Bakı, 14 avqust, Tsport.az

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah” doğma meydanda Bolqarıstan təmsilçisi “Levski“ni qəbul edib.

Tsport.az xəbər verir ki, 0-2, ümumi hesabda 0-3 hesabı ilə başa çatan matçdan sonra “Sabah”ın üzvü Pavol Safranko oyundan sonra fikirlərini bölüşüb:

“Oyunun necə keçdiyini gördünüz. Məncə, onlar mərhələni keçməyə layiq idilər və biz bunu qəbul etməliyik”.

30 yaşlı futbolçu Avropaliqa maceralarının bitməsi ilə bağlı: “Dörd qol vurmuşam, amma yenə də ikinci mərhələni keçmədik, buna görə kifayət deyil. Klub olaraq daha böyük bir addım atmaq istəyirdik, amma alınmadı. Bir az məyusuq, amma bu futboldur — bu da həyatın bir parçasıdır” – deyib.

Bahar Rüstəm