Paris küçələrində futbol sonrası xaos
Bakı, 8 may, Tsport.az
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Paris Saint-Germain” və “Arsenal” arasında keçirilən cavab oyunu (2:1) futbol meydanında olduğu kimi, şəhər küçələrində də gərginliyə səbəb olub.
Tsport.az xəbər verir ki, Paris polisi qarşılaşmadan sonra baş verən iğtişaşlarla bağlı 43 nəfərin saxlanıldığını açıqlayıb. Paytaxtda təhlükəsizliyin təmin olunması üçün təxminən 2000 polis əməkdaşı cəlb edilsə də, qarşıdurmaların qarşısını tam almaq mümkün olmayıb. Məlumata görə, olaylar zamanı bir avtomobilin piyadaların üzərinə aşması gərginliyi daha da artırıb, nəticədə qəzəblənmiş azarkeşlər avtomobilləri yandırıblar.
Yerli hakimiyyət hadisəni pisləyib və final oyunu ərəfəsində təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini bildirib.
Xatırladaq ki, PSJ finalda “İnter”lə qarşılaşacaq. Gözlənilən oyun mayın 31-də, Münhendə keçiriləcək.