Patrick Andrade: “Bu qol təkcə mənim yox, komandanın qolu idi”
Bakı, 25 iyul , Tsport.az
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” öz meydanında Yunanıstanın “Aris” klubunu məğlub edərək mühüm qələbəyə imza atdı.
Tsport.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın üzvü Patrick Andrade oyunla bağlı fikirlərini bölüşüb.
“Düşünürəm ki, mövsümün ilk oyunu üçün yaxşı oynadıq. Hər kəs xoşbəxtdir, çünki qalib gəldik və bu ən vacib məsələdir. İndi isə qarşıda bir oyun daha var və gələn həftə də yaxşı çıxış etmək istəyirik.”
Andrade ilk oyunda vurduğu qolu komanda səylərinin nəticəsi kimi qiymətləndirib:
“Bəli, razıyam, amma düşünürəm ki, bütün komanda yaxşı oynadı. Bu qol təkcə mənim yox, komandanın qolu idi. Hamı bu qələbə üçün çalışdı. Bu çox xoşdur.”
“Araz-Naxçıvan” cavab görüşünü 31 iyulda Yunanıstanda, “Kleanthis Vikelidis” stadionunda keçirəcək. Andrade bu qarşılaşmaya ciddi hazırlaşacaqlarını bildirib:
“Hazırlaşmaq üçün bir həftə vaxtımız var və biz yenidən yaxşı çıxış etmək üçün çox çalışmaq istəyirik.”
Bahar Rüstəm