Patrik Schick “Bayer”də qalır
Bakı, 4 avqust, Tsport.az
Almaniyanın “Bayer Leverkusen” klubu hücumçusu Patrik Schicklə yeni müqavilə imzalayıb.
Tsport.az xəbər verir ki, Çexiyalı forvard 2030-cu ilə qədər Bundesliga təmsilçisinin formasını geyinəcək. 28 yaşlı futbolçu 2020-ci ildən “Bayer”in heyətində çıxış edir. O, komandanın hücum xəttində əsas fiqurlardan biri sayılır.
Qeyd edək ki, Patrik Schick Çexiya millisinin də aparıcı üzvlərindəndir və beynəlxalq arenada da uğurlu çıxışları ilə tanınır.
Klub rəhbərliyi futbolçunun performansından razı qaldığı üçün onunla uzunmüddətli anlaşma əldə edib.