Paul Pogba 18 aydan sonra futbola qayıtdı
Bakı, 29 iyun , Tsport.az
Fransa millisinin sabiq üzvü Paul Pogba, uzun fasilədən sonra futbola qayıdıb. 32 yaşlı yarımmüdafiəçi “AS Monaco” ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb və bu anlarda göz yaşlarını saxlaya bilməyib.
Tsport.az xəbər verir ki, Pogba 2024-cü ilin fevralında dopinq qaydalarını pozduğu üçün 4 illik diskvalifikasiya almışdı. Lakin CAS (İdman Arbitraj Məhkəməsi) bu cəzanı 18 aya endirmiş və o, mart ayında cəzasını başa vurmuşdu.
Karyerası ərzində Pogba:
- “Manchester United” və “Juventus”da çıxış edib
- Avropa Liqasının qalibi, İtaliya çempionatının 4 qat qalibi
- İtaliya Kuboku (2 dəfə) və Superkubok (3 dəfə) sahibi olub
- Fransa millisində 2018-ci ildə dünya çempionu, Millətlər Liqasının qalibi və Avropa çempionatının vitse-çempionu adını qazanıb