Paul Pogba “Fenerbahçe” yolunda
Bakı, 29 aprel, Tsport.az
Paul Pogba, futbol karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Tsport.az xəbər verir ki, “Fenerbahçe” fransalı yarımmüdafiəçinin transferində maraqlıdır. Klubun yeni baş məşqçisi José Mourinhonun oyunçunu komandaya qoşulmağa razı saldığı iddia olunur.
Xatırladaq ki, Pogba dopinq qaydalarını pozduğuna görə əvvəlcə 4 illik diskvalifikasiya cəzası almışdı. Lakin bu müddət daha sonra 18 aya endirilib və futbolçunun cəzası 2025-ci il martın 10-da başa çatıb.