Dünya Futbolu

Paul Pogba Messinin komandasında

Bakı, 25 mart, Tsport.az

Fransalı yarımmüdafiəçi Paul Pogba “İnter Miami”yə keçməyə qərar verib.

Tsport.az xəbər verir ki, futbolçu ilə ABŞ klubunun danışıqları uğurla yekunlaşıb. Pogbanın bu seçiminə Lionel Messinin “İnter Miami”də çıxış etməsi də təsir edib.

Xatırladaq ki, təcrübəli yarımmüdafiəçi son olaraq “Juventus”da oynayıb. Onun Turin klubu ilə müqaviləsi ötən ilin oktyabrında ləğv edilib.