-->
Dünya Futbolu

Paulo Dybaladan pis xəbər

Bakı, 18 mart, Tsport.az

Roma“nın Argentinalı oyunçusu Paulo Dybala zədə səbəbindən ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Tsport.az xəbər verir ki, Paulo Dybalanın, “Cagliari” ilə oyunda yaşadığı zədə səbəbindən ən az bir ay meydanlardan uzaq qalacağı bildirilib.

Dybala’nın zədəsi səbəbilə Argentinanın Dünya Kuboku seçmə oyunlarında Braziliya və Urugvaya qarşı keçirəcəyi matçları da qaçıra biləcəyi qeyd edilib.

Romada bu mövsüm 36 oyunda iştirak edən Argentinalı futbolçu, 8 qol vurub və 4 asist edib.