Dünya Futbolu

Pedro “Lazio” ilə yeni müqavilə imzaladı

Bakı, 16 iyun , Tsport.az 

İtaliyanın “Lazio” klubu Pedro ilə müqavilə müddətini uzadıb. Klubun rəsmi açıqlamasına görə, 37 yaşlı hücumçu daha bir il komandada çıxış edəcək.

Tsport.az xəbər verir ki, Pedro 2021-ci ildən “Roma”nın formasını geyinir və bu mövsüm A Seriyasında 30 oyunda 10 qol vurub. Klubun ona olan etimadı futbolçunun təcrübəsinə və komandaya verdiyi töhfəyə əsaslanır.