Pedro Malheiro üçün sürpriz təklif
Bakı, 4 aprel, Tsport.az
“Trabzonspor“la 2028-ci ilə qədər müqaviləsi olan portuqaliyalı sağ cinah müdafiəçisi Pedro Malheironun ölkəsindən sürpriz transfer təklifi aldığı iddia edilib.
Ötən yay “Boavişta”dan 2 milyon avro qarşılığında “Trabzonspor”un heyətinə qatılan Pedro Malheiro tünd qırmızı-mavili komandada davamlı futbolu ilə diqqət çəkir.
“Trabzonspor”da 33 matçda forma geyinən və 2837 dəqiqə meydanda komandasına 4 qol və 3 məhsuldar ötürmə verən Malheyronun ölkəsi Portuqaliyadan transfer təklifi aldığı iddia edilib.
O Jogo qəzetinin xəbərinə görə; Braqa gələn yay 24 yaşlı sağ cinah müdafiəçisini almaq üçün Trabzonspor ilə danışıqlara başlamaq istəyir.
Xəbərdə Portuqaliya klubunun Malherionun menecerləri ilə görüşdüyü və futbolçunun transferi ilə bağlı məlumat aldığı da bildirilib.
Qeyd olunub ki, 2011-2015-ci illər arasında “Braqa”nın gənclər akademiyasında çıxış edən futbolçu “qırmızı-ağlar”ın arzuladığı profilli ad kimi görünürdü.
Digər tərəfdən, “Benfika”nın da Pedro Malheironu istədiyi və futbolçunun keçən ay verdiyi açıqlamada “Trabzonspor”la müqavilə imzalamadan əvvəl Portuqaliya nəhənginin onunla maraqlandığını təsdiqlədiyi xatırladılıb.