Pep Guardiola “Barcelona”-nın vingerini istəyir
Bakı, 12 aprel, Tsport.az
“Manchester City”nin baş məşqçisi Pep Guardiola, “Barcelona”-nın vingeri Raphinha-yı transfer etmək istəyir.
Tsport.az xəbər verir ki, şəhərlilərin hücumameyilli yarımmüdafiəçiləri Kevin De Bruyne, Bernardo Silva və Phil Foden bu mövsüm klubun gözləntilərini qarşılamadığından, Guardiola yeni bir ulduz futbolçu transfer etməyi planlayır. Raphinha isə Catalunya klubunda xoşbəxt olduğunu bildirir.
Bu mövsüm Raphinha, 45 matçda 28 qol vurub və 22 məhsuldar ötürmə edib. Həmçinin, cari mövsümün yekunlarına əsasən, Ballon d’Or-u qazanmağa əsas namizədlərdən biri olduğu bildirilir.