Pep Guardiola Rodriyə varis axtarır
Bakı, 17 oktyabr, Tsport.az
“Manchester City”-nin baş məşqçisi Pep Guardiola, Rodriyə alternativ kimi “Crystal Palace” yarımmüdafiəçisi Adam Whartonu transfer etmək istəyir.
Tsport.az xəbər verir ki, 21 yaşlı futbolçu Guardiolanın baxışına görə Rodrinin ideal varisidir.
Lakin “City” bu transferdə tək deyil – əsas rəqib “Manchester United” sayılır.
Wharton 2025/26 mövsümündə 10 oyunda çıxış edib və 1 qol ötürməsi ilə yadda qalıb.