PFL 17 yaşında
Bakı, 2 iyul , Tsport.az
Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaradılmasından 17 il ötür.
Tsport.az xəbər verir ki, 2008-ci ildə təsis olunan qurum hazırda Elxan Səmədovun rəhbərliyi altında fəaliyyət göstərir.
PFL-in əsas funksiyaları:
- Premyer Liqa, I və II Liqa, Əvəzedicilər Liqası və Azərbaycan Kubokunun oyunlarını təşkil etmək
- Yarışların peşəkar səviyyədə keçirilməsini təmin etmək
- Futbolun inkişafına töhfə vermək
🔝 PFL-in fəaliyyəti dövründə:
- Premyer Liqa UEFA reytinqində irəliləyib
- Azərbaycan Kubokunun finalları böyük maraqla izlənilən şouya çevrilib
- “Qarabağ” Çempionlar Liqasının, “Neftçi” və “Qəbələ” isə Avropa Liqasının qrup mərhələsinə yüksəlib
Bu illər ərzində PFL Azərbaycan futbolunun strukturlaşdırılmasında və beynəlxalq arenada tanınmasında mühüm rol oynayıb.
Təbriklər, PFL! ⚽ Daha böyük uğurlara doğru!