PFL intizam komitəsinin qərarları
Bakı, 3 mart, Tsport.az
Peşəkar Futbol Liqasının İntizam Komitəsi bu gün Azərbaycan Kubokunun 1/4 final cavab matçları və əvəzedicilər liqasında baş verən qayda pozuntuları ilə bağlı iclas keçirib.
Tsport.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Kubok ¼ final cavab oyunları:
28 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda ¼ finalın “Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilsin (maddə 37);
28 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda ¼ finalın “Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” klubu 500 manat cərimə edilsin (maddə 43.7);
28 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda ¼ finalın “Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində “Neftçi” komandasının 9 nömrəli futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);
Əvəzedicilər liqası XXIV tur
23 fevral 2025-ci il tarixində Əvəzedicilər liqasında XXIV turun “Araz-Naxçıvan-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilsin (maddə 91);
27 fevral 2025-ci il tarixində Əvəzedicilər liqasında XXIV turun “Zirə-2” – “Kəpəz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
27 fevral 2025-ci il tarixində Əvəzedicilər liqasında XXIV turun “Zirə-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37).