Pietro Terracciano “Milan”la müqavilə bağlayıb
Bakı, 19 iyul, Tsport.az
İtaliyanın A Seriyasında çıxış edən “Milan” klubu qapı xəttini yeni transferlə möhkəmlədib.
Tsport.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan məlumata görə, “Rossoneri” sabiq “Fiorentina” qapıçısı Pietro Terracciano ilə razılığa gəlib.
Təcrübəli əlcək sahibi ilə bir illik müqavilə imzalanıb. 35 yaşlı futbolçu azad agent kimi “Milan”a qoşulub.
Xatırladaq ki, Pietro Terracciano 2023/24 mövsümündə “Fiorentina” forması ilə müxtəlif turnirlərdə 10 oyunda iştirak edib və bu görüşlərdə 15 qol buraxıb.