-->
Azərbaycan FutboluMüsahibə

“Play-off oynamaq istəyirik” – Vüsal İsgəndərli

Bakı, 29 aprel, Tsport.az

Türkiyə Birinci Liqasında mübarizə aparan “Boluspor” səfərdə “Kocaelispor“u 3-4 məğlub edib.

Tsport.az xəbər verir ki, klubda çıxış edən milli futbolçumuz Vüsal İsgəndərli fikirlərini bölüşüb, suallarımızı cavablandırıb.

“Oyun turnir cədvəlinin liderinə qarşı idi. Amma bizdə özümüzə güvənirdik. Bu dəfə qələbə üçün çox inanclı idik. Bizim də hədəfimiz var. Rəqibin turnir cədvəlindəki yerindən asılı olmayaraq bu hədəf üçün çalışırıq. Allah nəsib etsə, play-off oynamaq istəyirik. Rəhbərliyimizdə çox yaxşıdır. Komanda üçün əlindən gələnin ən yaxşısını edirlər”.

Bahar Rüstəm