-->
Dünya Futbolu

Portuqaliyalı məşqçi Türkiyə klubunda

Bakı, 22 mart, Tsport.az

Türkiyənin Superliqa təmsilçisi “Alanyaspor” baş məşqçi postuna yeni təyinat gerçəkləşdirib.

Tsport.az xəbər verir ki, komanda portuqaliyalı mütəxəssis João Pereiraya həvalə olunub.

Yeni baş məşqçi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. O, bir neçə gün əvvəl istefaya göndərilən Sami Uğurlunun yerini tutacaq.

Qeyd edək ki, Pereiranın son iş yeri Portuqaliyanın “Sporting” (Lissabon) klubu olub.