Postecoglou “Tottenham”dan ayrıldı
Bakı, 7 iyun , Tsport.az
“Tottenham Hotspur“un baş məşqçisi Ange Postecoglou, klubun Avropa Liqası çempionluğuna baxmayaraq vəzifəsindən azad edilib. Avstraliyalı mütəxəssis, “Manchester United” üzərində qələbə qazanaraq klubun 17 illik kubok həsrətinə son qoydu, lakin Premyer Liqada 17-ci yerdə qərarlaşan komandanın uğursuz çıxışı onun istefasına səbəb oldu.
Tsport.az xəbər verir ki, komandanın kapitanı Son Heung-min, Postecoglounun klub üçün əhəmiyyətini vurğulayaraq onu “əfsanə” adlandırıb. O, sosial şəbəkədə paylaşım edərək bildirib ki, “Sən bu klubun trayektoriyasını dəyişdin. Sən bizə inandın və bizə ən möhtəşəm gecəni bəxş etdin”.
Postecoglounun gedişi futbol dünyasında böyük rezonans doğurub. Klubun yeni baş məşqçisinin kim olacağı maraqla gözlənilir. “Brentford”un baş məşqçisi Thomas Frank əsas namizəd kimi göstərilir, həmçinin Andoni Iraola, Marco Silva, Oliver Glasner və keçmiş “Tottenham” baş məşqçisi Mauricio Pochettino da bu vəzifəyə namizədlər arasındadır.