Azərbaycan Futbolu

Premyer Liqada 50-ci qol

Bakı, 19 oktyabr, Tsport.az

Misli Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub. “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub. O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.

Tsport.az xəbər verir ki, Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.

1Nazim Əliyev183
2Müşfiq Hüseynov125
3Rövşən Əhmədov116
4-5Qurban Qurbanov115
 Samir Ələkbərov115
6Alay Bəhramov108
7Nadir Nəbiyev103
8-9Xaqani Məmmədov102
 Vadim Vasilyev102
10Kənan Kərimov101
11Musa Qurbanov94
12Fazil Pərvərov89
13Samir Musayev88
14-15Fərrux İsmayılov85
 İmamyar Süleymanov85
16Samir Əliyev84
17İsmayıl Məmmədov76
18İlham Məmmədov74
19Azər İsayev73
20Paşa Əliyev72
21Badri Kvaratsxeliya71
22Zaur Ramazanov70
23Filip Ozobiç67
24Yunis Hüseynov66
25-26Vidadi Rzayev65
 Mahir Əliyev65
27Rauf Əliyev63
28-30Mahmud Qurbanov61
 Ramiz Məmmədov61
 Georgi Adamiya61
31Mahir Emreli59
32Rəşad Abdullayev58
33Davit Volkov56
34Vaqif Cavadov53
35Amil Yunanov52
36-37Riçard Almeyda51
 Həsən Abdullayev51
38-42Viktor İqbekoyi50
 Vüqar Qəmbərov50
 Mehman Baxışov50
 Yalçın Bağırov50
 Abdullah Zubir50

Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib. O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.