“Premyer Liqada görüşənədək” – Kaxaber Tsxadadaze
Bakı, 28 aprel, Tsport.az
Birinci Liqanın bitməsinə son 4 tur qalmış “Qəbələ” gələn mövsüm Misli Premyer Liqasında çıxışı təmin edib.
Tsport.az xəbər verir ki, bu barədə “Qəbələ” nin baş məşqçisi Kaxaber Tsxadadaze fikirlərini bölüşüb, suallarımızı cavablandırıb.
“Biz çətində olsa bu işin öhdəsindən gələ bildiyimizə görə çox xoşbəxtik. Amma bizim işimiz çox çətin idi. Aşağı liqaya düşdüyümüzə görə yeni komanda yığmalı olduq. Özümüzdə inana bilmirdik ki, bunun öhdəsindən gələ bilərik. Sona 7 tur qalmış birinci yeri tutmaq bizim üçün şərəfdir.
Biz indi Premyer Liqa üşün özümüzü motivasiya edirik. 1-ci yeri tutmaq bizə Premyer Liqadada özümüzü ən yaxşı şəkildə göstərmək üçün motivasiya verir. Bunun üçün həm oyunçular həm də mən çox çalışacağıqki, bu işin öhdəsindən tam gələ bilək.
Premyer Liqada görüşənədək”.
Bahar Rüstəm