Premyer Liqada mövsüm rekordu qeydə alınıb
Bakı, 5 may, Tsport.az
“Qarabağ”ın gənc futbolçusu Amil Rzayev Misli Premyer Liqasında 2024/2025 mövsümünün ən gənc oyunçusu kimi tarixə düşüb.
Tsport.az xəbər verir ki, 33-cü turun “Sumqayıt”la matçında meydana çıxan müdafiəçi 15 yaş 204 günlük olarkən debüt edib. Bu, cari mövsümdə Premyer Liqada qeydə alınan ən erkən yaşlı oyunçu çıxışı kimi rəsmi rekord sayılır.
2009-cu il oktyabrın 12-də dünyaya gəlmiş Amil Rzayev, bu çıxışı ilə Azərbaycanın elita futbolunda diqqətləri üzərinə çəkib.
Qeyd edək ki, “Qarabağ” həmin qarşılaşmada “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.