Digər

Prezidentin ailə üzvləri UFC döyüşlərini izləyib

Bakı, 22 iyun , Tsport.az 

İyunun 21-də Bakı Kristal Zalında keçirilən UFC turniri ölkə idman tarixində ilk dəfə baş tutdu və böyük maraqla qarşılandı. Yarışda müxtəlif çəki dərəcələrində çıxış edən 24 döyüşçü qüvvəsini sınadı, 12 idmançı qalib adını qazandı.

Tsport.az xəbər verir ki, turnirin diqqətçəkən məqamlarından biri isə Prezident İlham Əliyevin ailə üzvlərinin tədbirdə iştirakı oldu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev ailə üzvləri ilə birlikdə döyüşləri tribunadan izləyiblər.