Dünya Futbolu

“PSG” “Bournemouth”un müdafiəçisini transfer hədəfinə alıb

Bakı, 7 may, Tsport.az

Fransa nəhəngi “Paris Saint-Germain” İngiltərənin “Bournemouth” klubunda çıxış edən İlya Zabarnini transfer siyahısına daxil edib.

Tsport.az xəbər verir ki, Ukrayna millisinin 22 yaşlı mərkəz müdafiəçisinin yay transfer dönəmində Paris klubuna keçə biləcəyi bildirilir.

Fransız mətbuatının məlumatına görə, “PSG” Zabarninin performansını uzun müddətdir yaxından izləyir və onun gələcəkdə müdafiə xəttində əsas figurlardan birinə çevrilə biləcəyini düşünür.

Gənc futbolçunun “Bournemouth”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transferin gerçəkləşməsi üçün yayda danışıqların başlanacağı gözlənilir.