“PSG” çempionluğu qazanmaq üçün meydana çıxacaq
Bakı, 4 aprel, Tsport.az
Fransa 1. Futbol Liqasında “Angers“ “PSG”,-nin qonağı olacaq.
Tsport.az xəbər verir ki, Fransa 1. Futbol Liqasının (Ligue 1) 28-ci həftəsində lider PSG, çempionluq uğrunda mübarizə aparan 14-cü sıradakı Angers-i Bakı vaxtı ilə saat 18:00-da Parc des Princes-də qəbul edəcək.
Bu mövsüm göstərdiyi performansla bəyənilən İspaniyalı baş məşqçi Luis Enrique-nin komandası, liqada 71 xalla məğlubiyyətsiz davam edərək, mövsümün erkən çempionluğunu qazanmaq üçün meydana çıxacaq.
“PSG”, ən yaxın izləyicisi “Monaco”-nu 21 xal qabaqlayır və 13-cü çempionluğunu qazanmaq üçün bir xal yetərlidir.
“PSG”, “Angers”-ə məğlub olsa da, Monaco-nun xal itirməsi halında çempionluğu təmin edəcək. Brest-Monaco oyunu isə sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.