“PSG” evdə “Aston Villa”nı məğlub edib
Bakı, 10 aprel, Tsport.az
UEFA Çempionlar Liqası 1/4 finalının ilk qarşılaşmasında Paris Saint-Germain (PSG), İngiltərənin “Aston Villa” komandası ilə üzləşib.
Tsport.az xəbər verir ki, Parc des Princes stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“PSG”nin qollarına 39-cu dəqiqədə Desire Doue, 49-cu dəqiqədə Khvicha Kvaratskhelia, 90+2-ci dəqiqədə isə Nuno Mendes imza atıb.
“Aston Villa”da isə yalnız 35-ci dəqiqədə Morgan Rogers fərqlənib.
Qarşılaşmanın rövanşı 15 Aprel, çərşənbə axşamı günü keçiriləcək.