Dünya Futbolu

“PSG” “Inter Miami”ni darmadağın etdi

Bakı, 29 iyun , Tsport.az 

Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində “Paris Saint-Germain” (PSG) ABŞ təmsilçisi “Inter Miami” ilə qarşılaşıb.

Tsport.az xəbər verir ki, oyun Atlanta şəhərində yerləşən “Mercedes-Benz Stadium”da baş tutub və PSG-nin 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Matçın qolları:

  • Rúben Neves – 6-cı və 39-cu dəqiqələr
  • Aviles – 44-cü dəqiqədə avtoqol
  • Achraf Hakimi – 45+3-cü dəqiqədə

Bu nəticə ilə Paris təmsilçisi 1/4 finala yüksəlib və növbəti mərhələdə “Flamengo” – “Bayern” cütünün qalibi ilə qarşılaşacaq.