Dünya Futbolu

“PSG”, Marquinhosun transferinə yaşıl işıq yandırdı

Bakı, 30 aprel, Tsport.az

“Paris Saint-Germain”, müdafiəçi Marquinhosun transferinə açıqdır.

Tsport.az xəbər verir ki, 30 yaşlı braziliyalı futbolçu artıq baş məşqçi Luis Enriquenin gələcək planlarında yer almır. Məlumata görə, Marquinhos ötən ildən bəri Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzindədir və yayda onun üçün rəsmi təkliflər gözlənilir.

Cari mövsümdə “PSG” forması ilə bütün turnirlərdə 38 matçda iştirak edən təcrübəli müdafiəçi 2 dəfə fərqlənib. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt isə Marquinhosun dəyərini 40 milyon avro olaraq göstərir.