Dünya Futbolu

“PSG” müdafiəçisi Presnel Kimpembe Qətərə transfer olunur

Bakı, 4 sentyabr, Tsport.az

Fransa nəhəngi PSG-nin oyunçusu Presnel Kimpembe karyerasını Qətərdə davam etdirməyə yaxındır.

Tsport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə aparılan danışıqların son mərhələdə olduğu bildirilir. Transferin sentyabrın 16-dək – ölkədə transfer pəncərəsi bağlanmadan – rəsmiləşdirilməsi gözlənilir.

Kimpembe ilə maraqlanan digər klublar arasında Səudiyyə Ərəbistanı təmsilçiləri də olub. Lakin onların transfer cəhdləri uğursuz nəticələnib.

Qeyd edək ki, fransalı futbolçu 2024/2025 mövsümündə PSG forması ilə beş oyunda meydana çıxıb.