Dünya Futbolu

PSG-nin baş məşqçisi:“Real Madrid” qarşısında fərqli komanda görəcəksiniz

Bakı, 15 oktyabr, Tsport.az

“PSG” qadın komandasının baş məşqçisi Paulo Sezar, Çempionlar Liqasının cümə axşamı keçiriləcək “Real Madrid” oyunundan öncə fikirlərini bölüşüb.

Mütəxəssis bildirib ki, komandası əvvəlki matçla müqayisədə daha yaxşı çıxış etməlidir:

“Biz tamam fərqli bir oyun sərgiləməliyik. “Volfsburq”la qarşılaşmada ümumi baxımdan pis oynamadıq, amma ən yaxşı oyunumuzu göstərmək bizim borcumuzdur. Nəticəni idarə edə bilmərik, amma oyunumuza yanaşma tərzimizi, ruh halımızı və matça baxış bucağımızı idarə edə bilərik. Mən oyunçulardan reaksiya gözləyirəm. Bilirik ki, son matçda qol vəziyyətlərindən düzgün yararlana bilmədik. Ümid edirəm ki, bu dəfə bunu düzəldəcəyik.”