Dünya Futbolu

PSG ukraynalı müdafiəçi ilə razılığa gəldi

Bakı, 26 iyul , Tsport.az

Fransa çempionu “Paris Saint-Germain” heyətini gücləndirməyə hazırlaşır. Klub, “Bournemouth“un ukraynalı mərkəz müdafiəçisi Illia Zabarnyi ilə razılığa gəlib.

Tsport.az xəbər verir ki, tərəflər arasında transferin əsas məbləği təxminən 60 milyon avro olaraq müəyyən edilib. Hazırda əlavə bonuslar və müqavilə detalları üzərində danışıqlar davam edir.

22 yaşlı Zabarnyi İngiltərə klubuna 2023-cü ilin yanvarında qoşulmuşdu. O, ötən mövsüm “Bournemouth” forması ilə bütün yarışlarda 39 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Müdafiəçinin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. PSG-nin yaxın günlərdə futbolçu ilə beş illik müqavilə imzalayacağı gözlənilir.