“PSG”finala bir addım daha yaxınlaşdı!
Bakı, 30 aprel, Tsport.az
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransanın “Paris Saint-Germain”komandası səfərdə İngiltərənin “Arsenal” klubunu 1:0 hesabı ilə məğlub edib.
Tsport.az xəbər verir ki , Avropa futbolunun klub səviyyəsində ən nüfuzlu turnirində Fransız təmsilçisi artıq 4-cü dəqiqədə Usman Dembelenin vurduğu qolla önə keçib.
Fransalı futbolçu Dembele bununla UEFA Çempionlar Liqasında bu mövsümki 8-ci qoluna imza atıb.
“Arsenal”ın heyətində 47-ci dəqiqədə Merinonun başla vurduğu qol VAR araşdırmasından sonra offside səbəbilə ləğv olunub.
Beləliklə, “PSG”qarşılaşmadan 1:0-lıq qələbə ilə ayrılıb.
Cavab oyunu 7 may tarixində keçiriləcək.
Çempionlar Liqasının digər yarımfinal matçı isə sabah keçiriləcək və bu oyunda İspaniyanın “Barcelona”klubu İtaliyanın “Inter” komandasını qəbul edəcək.
Qeyd edək ki, qarşılaşmadan əvvəl vəfat edən Papa Franciscusun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aytac Mustafayeva