Dünya Futbolu

“PSG”nin Douesi – Avropanın gündəmində olan yeniyetmə

Bakı, 15 aprel, Tsport.az

“Paris Saint-Germain”in yeniyetmə futbolçusu Desire Doue, Çempionlar Liqasında və Fransa millisində heyrətamiz təsir bağışlayıb.

Tsport.az xəbər verir ki , oktyabr ayında Desire Doue “Arsenal”a qarşı oyunda cəmi 64 dəqiqə sonra meydanı yavaş və kədərli şəkildə tərk edəndə, Fransız futbolunun növbəti “qızıl oğlanı” kimi tanıdılan bu yeniyetmə tək və vəziyyətdən kənarda görünürdü.

Altı ay sonra isə – Çempionlar Liqasının yarımfinalında “Gunners” ilə yenidən qarşılaşmaq ehtimalı getdikcə artırkən “Paris Saint-Germain”in parlaq gənc hücumçusu artıq bütün Avropanın maraq dairəsindədir.

Adı ingiliscəyə “desire gifted” kimi tərcümə olunan 19 yaşlı Doue, uğursuz başlanğıcını möhtəşəm şəkildə geridə qoyaraq bu ada tam uyğun şəkildə çıxış edib.

O məyusedici gün, yeni liqa formatında keçirilən turnirdə Emirates Stadiumda 2:0 hesablı məğlubiyyətlə nəticələnən oyunda yaşanmışdı.

Həmin vaxtdan bəri o, Luis Enriquenin  qurduğu yeni “PSG”nin əsas parçalarından birinə çevrilib. Yanvarda “Manchester City”yə qarşı Parc des Princesdə 4:2 hesabı ilə qalib gəldikləri oyunda əla çıxış edib, daha sonra isə Anfielddə 1/8 final mərhələsində əvəzedici kimi meydana çıxaraq parlaq performans sərgiləyib və penaltilər seriyasında həlledici qolu vurub.

İndiyə qədərki ən təsirli çıxışında isə “Aston Villa”ya qarşı 3:1 hesablı qələbənin ilk oyununda heyranedici qıvrım bərabərlik qolunu vuraraq rəqibi tamamilə çarəsiz qoyub.

Çərşənbə günü Villa Parkda bütün gözlər Douenin üzərində olacaq. Gürcü dahisi Khvicha Kvaratskhelia ilə birlikdə o, “PSG”nin Neymar, Kylian Mbappé və Lionel Messi dövrünün “Bling Bling” parıltısından uzaqlaşıb daha strukturlaşdırılmış komanda modelinə keçidinin simalarından birinə çevrilib.

Angersdə doğulan Doue üçün bu, meteorit sürəti ilə baş verən yüksəliş olub. Ötən mövsüm Rennesdə əsas heyətdə daim yer almasa da, “PSG”yay transfer dönəmində Kylian Mbappénin yaratdığı boşluğu doldurmaq məqsədilə onu 43 milyon funt-sterlinqə transfer edib.

Aytac Mustafayeva