PSV-nin hücumçusu Lucaz Peres ağır xəstəliyə tutulub
Bakı, 25 mart, Tsport.az
Niderlandın PSV klubunun hücumçusu Lucaz Peres vərəmə yoluxub.
Tsport.az xəbər verir ki, 36 yaşlı ispaniyalı futbolçunun xəstəliyi aktiv mərhələdə olduğu üçün o, bir neçə həftə təcridxanada qalacaq və antibiotik müalicəsi alacaq.
Mütəxəssislər onun mövsümün sonuna qədər meydana dönməsinin çətin olduğunu bildirir.
Qeyd edək ki, Lucaz Peres 2025-ci ilin fevralında “Deportivo”dan PSV-yə transfer olunub və bu müddət ərzində üç oyun keçirib, lakin qol vurmayıb.