“Qəbələ” yenə qələbə qazana bilmədi”
Bakı,13 sentyabr , Tsport.az
Misli Premyer Liqasının IV turunda “Turan Tovuz” evdə “Qəbələ“ni qəbul edib.
Tsport.az xəbər verir ki, Cavad Əliyevin idarə etdiyi matç Azərsun Arenada baş tutub. Oyunda ilk hissədə qol qeydə alınmayıb. Matçın yeganə qolunu 54-cü dəqiqədə Alex Souza vurub. Tovuz təmsilçisi matçı tək qolla qazanıb.
Beləliklə, turnir cədvəlində “Turan Tovuz” 9 xalla 2-ci yerdə qərarlaşıb. “Qəbələ” isə 1 xalla 11-dir.